
RegionTV.info xəbər verir ki, əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu "Report"a bildirib ki, sənətçinin vəziyyəti ağırdır.
“Səhər həkimlə danışdım. Yaqubun vəziyyətinin ağır olduğunu bildirdilər”, - o qeyd edib.
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.