
Böyük Britaniyanın Baş naziri Boris Consonun anası, rəssam Şarlott Conson-Uol 79 yaşında vəfat edib.
Qadının ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd olunub ki, Şarlott Parkinson xəstəliyindən əziyyət çəkirdi.
ABŞ və Böyük Britaniyada mütəmadi olaraq Şarlott Conson-Uolun sərgiləri keçirilirdi. O tez -tez öz uşaqlarını kətan üzərində təsvir edir, eyni zamanda natürmort və şəhər mənzərələrini də çəkirdi.