Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi Füzuli şəhərinin Baş Planının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
RegionTV.info vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Komitənin Bakı Dövlət Layihə İnstitutudur.
Qalibə 991,2 min manat ödəniləcək.
Xəbəri paylaş