Zərdab rayonunda fərdi yaşayış evi yanıb.
RegionTV.info-nun məlumatına görə, hadisə Məmmədqasımlı kəndində qeydə alınıb.
Qeyd edək ki, həmin kəndin sakini İsbatov Ziyəddin Cəbi oğluna məxsus 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş