Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
RegionTV.info xəbər verir ki, Agentlikdən verilən məlumata görə, sentyabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 119 piyada əleyhinə, 30 tank əleyhinə mina və 109 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 293 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Xəbəri paylaş