Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranda körpə ölümü baş verib

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb.

RegionTV.info-nun məlumatına görə, hadisə Səpnəkəran kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsindən sonra N.Ağazadənin öldüyü məlum olub. Körpə xəstəxanaya gətirilənədək yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də