Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur.
RegionTV.info xəbər verir ki, "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır.
“Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb”, - deyə Emil Qasımov bildirib.
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.
Xəbəri paylaş