Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Adam ad gününü o zaman xoşbəxt keçirər ki, ölkədə, dünyada salamatçılıq, əmin-amanlıq olsun”






Xalq artisti Möhlət Müslümovun 66 yaşı tamam olub. Məşhur tarzən açıqlamasında bu günü ailəsi ilə birlikdə qeyd etdiyini bildirib və arzularını dilə gətirib:

“Doğum günümü ailəmlə birlikdə qeyd etdim. Bilirsiniz ki, məlum səbəblərdən təmtəraqlı məclis keçirmək olmaz. Buna imkan olsaydı, yenə etməzdim, çünki şəhidlər vermişik. Arzularım ancaq o oldu ki, gələn doğum günümü pandemiyasız, Qarabağ torpağında keçirim. Torpaqlarımızın işğaldan azad olunacağına çox inanıram. Adam ad gününü o zaman xoşbəxt keçirər ki, ölkədə, dünyada salamatçılıq, əmin-amanlıq olsun”.

Xalq artisti dövlət tərəfindən həmişə diqqətdə saxlanıldığını və buna görə təşəkkür etdiyini deyib:

“Dövlətimiz həmişə mənə qayğı göstərib. Fəxri adlarım var, prezident təqaüdçüsüyəm. Dövlətimizdən çox razıyam, gənc yaşlarımdan mənə qiymət verib. İstəyirəm ki, bu günki gənclərimizi də bu cür dəyərləndirsin və dəyərləndirəcəyinə də inanıram. Təşkil edilən Muğam Müsabiqəsi və digər tədbirlər buna misaldır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də