
RegionTV.info xəbər verir ki, bununla bağlı məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 248 397-yə çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 995-ə yüksəlib.
Koronavirusa yoluxan 232 041 nəfər sağalıb. Hazırda 10 188 pasiyent müalicə olunur.