Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mingəçevirdə karantini pozan kafe aşkarlanıb, 8 müştəri cərimələnib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin 20 Yanvar küçəsində yerləşən kafenin gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib.

Aşkar edilən qayda pozuntuları ilə əlaqədar orada olan 8 müştəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, obyekt sahibi Ramil Aslanov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, R.Aslanov əvvəllər də analoji qayda pozuntusuna yol verdiyi üçün onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də