Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşaqlar üçün COVID-19 peyvəndi hazırlanır

"Pfizer" və "Biontech" şirkətləri koronavirusa qarşı hazırladıqları uşaq peyvəndinin təsdiq olunması üçün lazımi instansiyalara müraciət etməyə hazırlaşır.

RegionTV.info  xəbər verir ki, məlumata görə, 5-11 yaşlı uşaqlar üçün nəzərdə tutulan vaksinlər üzərində aparılan işlər bir neçə həftə ərzində yekunlaşacaq. Oktyabr ayında preparatın təsdiqi üçün müvafiq qurumlara müraciət ünvanlanacaq.

Qeyd edək ki, hazırda uşaq peyvəndinin hazırlandığı Almaniya vaksinasiya səviyyəsinə görə Fransa, İngiltərə, İtaliya və İspaniya kimi Avropa ölkələrindən geri qalır. Burada əhalinin 66.3%-i peyvəndin azı bir dozasını qəbul edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də