Qazax rayonunda gənc oğlan özünə xəsarət yetirib.
RegionTV.info-nun məlumatına görə, rayon sakini, 1995-ci il təvəllüdlü T.Musayev kəsici alətlə ayağına xəsarət yetirib.
Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş