
RegionTV.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb.
Psakinin dediyinə görə, Əfqanıstandan təxliyə edilənlər arasında 4 nəfər qızılca xəstəliyinə tutulub.
"Uçuşlar tibbi nəzarət məntəqəsinin tələbi ilə müvəqqəti olaraq dayandırılır", - Psaki əlavə edib.
Xatırladaq ki, Əfqanıstandan ABŞ-a sonuncu reys dünən təşkil olunub və daha 21 nəfər ABŞ-a yola salınıb.