Filippində azı üç nəfər leysan yağışların və qasırğanın qurbanı olub, daha otuz bir nəfər itkin düşüb.
RegionTV.info-nun məlumatına görə, bu barədə yerli KİV bildirib.
Risklərin Xəbərdarlığı və Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Şura bildirib ki, qasırğa nəticəsində Metro-Manilada və digər regionlarda 84 min insan xəsarət alıb. Azı 10 min insan təhlükəsiz zonalara təxliyə edilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Ölkədə leysan yağışlar və qasırğa bazar ertəsindən müşahidə olunur.
Filippinin mərkəzi regionlarında 3 min evə zərər dəyib.
Xəbəri paylaş