Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Çingiz Seyidovun COVID-19 testinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs Hacallı kəndində özünə məxsus aptekdə işçilərlə ünsiyyətdə olarkən aşkarlanıb. Ç.Seyidovla izahedici söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.
Hazırda onun barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Xəbəri paylaş