Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əhalinin NƏZƏRİNƏ: ƏDV qəbzini tələb edin

Bəzi mağaza və ticarət obyektlərində alış-veriş zamanı alıcılara təqdim edilən qəbzlərdə ƏDV-nin qaytarılması prosesi alıcıların tələbi olmadan həyata keçirilir. Lakin bu, bütün alış-veriş obyektləri üçün səciyyəvi deyil. Belə ki, bəzən vətəndaş bu qəbzi tələb etmir, nəticədə ƏDV-nin qaytarılması prosesi baş vermir. Bu hal insanlar arasında ciddi narahatlıq yaradır. Çünki ƏDV qəbzi alıcıya məhsulla birgə təqdim edilmir.

RegionTV.info  xəbər verir ki, "Azad istehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı "AzTV" kanalına müsahibə verib. O bildirib ki, kassirlər sui-istifadə hallarına yol verdiyi üçün bu mənzərə yaranır: 

"Bəzən kassirlər sui-istifadə hallarına yol verirlər. ƏDV olan qəbzləri özləri üçün toplayırlar. Ona görə də vətəndaşlar diqqətli olsunlar. Əslində onlar tələb etməsələr də, kassirlər qəbzləri alıcılara təqdim etməlidirlər. Əgər belə deyilsə, bu halda istehlakçılar 1952 nömrəsi vasitəsilə vergilər Nazirliyinə məlumat verməlidirlər".

Qeyd edək ki, ƏDV nəğd ödənişlərdə 10%, nəğdsiz ödənişlərdə isə 15% olmaqla geri qaytarılır. Hazırda ölkədə vətəndaşlar bu sistemdən aktiv istifadə etdməkdədirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də