Türk lirəsi yenidən sürətlə ucuzlaşmağa başlayıv. Hazırda 1 avro 10 türk lirəsindən də bahadır. Türkiyənin Azərbaycanın idxalda əsas ikinci tərəfdaşı olduğunu nəzərə alsaq türk mallarının Azərbaycana idxal arta və sərfəli ola bilər. Bu tendensiyanı stimullaşdırmaq üçün türk mallarının gömrük rüsumundan azad olunması təklifimi Milli Məclisdə büdcə müzakirələrinin başladığını nəzərə alıb bir daha səsləndirirəm.
Hesab edirəm ki, Rusiya və Türkiyəyə münasibətdə eyni yanaşma olmalıdır. Rus malları gömrük rüsumundan azad edildiyi halda türk mallarına rüsumlarının tətbiqi daxili bazarda haqsız rəqabət yaradır və türk mallarının bazarda mövqeyini zəiflədir. Belə qərarın verilməsi türk lirəsinin sabitləşməsinə də dəstək ola bilər, eyni zamanda Azərbaycanda satılan türk mallarının qiymətinin ucuzlamasına gətirib çıxarardı. Odur ki, bir daha Milli Məclisdən və Nazirlər Kabinetindəm təklifi nəzərdən keçirməyi və münasibət bildirməklərini xahiş edirəm.
Qubad İbadoğlu, İqtisadçı alim