Bu gün “Bakı Metropoliteni” QSC-nin qatarlarından biri “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olarkən maşinist nasazlıq hiss edib.
RegionTV.info-nun məlumatına görə, buna görə də “Ulduz” stansiyasında sərnişinlər düşürülüb.
Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən qatarların hərəkətində 3-4 dəqiqə ləngimə olub.
Metronun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hazırda qatarlar qrafik üzrə normal hərəkət edir.
Xəbəri paylaş