COVID-19-a yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhəti ağır olaraq qalır.
RegionTV.info xəbər verir ki, bu haqda sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
“Hazırda səhhəti ağır olaraq qalır. Heç bir dəyişiklik yoxdur. Həkimlər əllərindən gələni etməyə çalışırlar. Tənəffüs aparatına qoşulu vəziyyətdədir”.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.
Əməkdar artistin ağciyərlərində COVID-19-la bağlı ikitərəfli pnevmoniya meydana gəlib, ciyərlərində 80 faiz buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı yaranıb.
Xəbəri paylaş