Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məmurlar peyvənddən imtina edərsə, vəzifədən azad ediləcək

“ABŞ federal hökumət rəsmiləri koronavirusa qarşı peyvənddən imtina etdikləri halda vəzifələrindən azad olunacaq, lakin işin bu həddə çatmayacağına ümid edirəm”.
 
RegionTV.info  xəbər verir ki, bunu cümə axşamı ABŞ Prezidentinin mətbuat katibi Cen Psaki brifinqdə deyib.
 
Jurnalistlərin “məmurlar peyvənddən imtina edərkən intizam tədbiri olaraq onların işdən çıxarılacağı ehtimal olunur” sualını Psaki təsdiq edib: “Doğrudur, lakin ümid edirəm ki, vəziyyət bu həddə çatmayacaq. Bizim vəzifəmiz, əlbəttə ki, peyvəndlərin təhlükəsizliyi, effektivliyi və mövcudluğu haqqında federal hökumət rəsmilərinə məlumat verməkdir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də