Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçisi Suriyanın Homs əyalətində baş verən partlayış nəticəsində həlak olub.
RegionTV.info-nun məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, partlayış Rusiya hərbi polisi tərəfindən humanitar konvoyun marşrutunun yoluna baxış keçirilən zaman baş verib:
"Partlayış nəticəsində avtomobildə olan bir Rusiya hərbçisi ağır yaralanıb və göstərilən tibbi yardıma baxmayaraq, o, həyatını itirib".
Xəbəri paylaş