Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Polis akademiyası" filminin məşhur aktyoru Artur Metrano vəfat edib

Amerikanın komediya aktyoru, iki seriyalı "Polis akademiyası" filmində leytenant Erni Mauzer rolu ilə məşhur olan Artur Metrano 84 yaşında vəfat edib.

RegionTV.info  xəbər verir ki, xəbər verir ki, bu barədə aktyorun oğlu “The Hollywood Reporter” jurnalına bildirib.

Onun məlumatına əsasən, Metrano Florida ştatında öz evində dünyasını dəyişib. Aktyorun ölüm təbii səbəbdən baş verib.

Metrano 1970-ci illərdə Coni Karsonun “The Tonight Show” ("Bu axşam") tok şousunda iştirak nəticəsində məşhur olub. Bundan başqa, o, "Ürəkləri sındıran" (“The Heartbreak Kid”, 1972) "Dünya tarixi, birinci hissə" (“History of the World”, Part One, 1981), "Son nəfəsdə" (“Breathless”, 1983) və başqa filmlərdə çəkilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də