Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tacikistan Prezidenti İmoməli Rahmonla telefon danışığı aparıb.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Əlaqələr üzrə İdarə bildirib.
Məlumata görə, Ərdoğan və Rahmon Türkiyə-Tacikistan münasibətlərini və regional prosesləri, xüsusi halda Əfqanıstanda vəziyyəti müzakirə ediblər.
Ərdoğan Rahmonu Tacikistanı müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib. O, bildirib ki, Türkiyə Mərkəzi Asiya respublikasının müstəqilliyini tanımış ilk dövlət kimi bu ölkəni dəstəkləməyə davam edəcək.
Xəbəri paylaş