Suriyanın sabiq vitse-prezidenti, Bəşər Əsədin əmisi Rüfət əl Əsəd barəsində həbs qərarı Paris Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
RegionTV.info xəbər verir ki, bu barədə AFP-yə istinadən xəbər verir.
Ötən ilin iyun ayında Paris məhkəməsi R.Əsədi çirkli pul yuyulması, dövlət vəsaitlərini dağıtmaq, daşınmaz əmlakla qanunsuz əməliyyatlar aparmaq ittihamları ilə 4 illik həbs cəzasına məhkum edib. 84 yaşlı R.Əsəd dekabr ayından daxili qanaxma diaqnozu ilə xəstəxanada yatdığına görə məhkəməyə gəlməyib.
Qeyd edək ki, 1984-cü ildə o zaman ölkə prezidenti olmuş qardaşı Hafiz əl Əsədə qarşı təşkil etdiyi çevriliş cəhdi yatırıldığından, o, Suriyanı tərk edib. Fransada və İspaniyada xeyli daşınmaz əmlaka sahib olan R.Əsəd 2014-cü ildən Fransada istintaq altında olub.
Xəbəri paylaş