
RegionTV.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, baş idarənin “Qırmızı Körpü” gömrük postunda “Mersedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Yoxlama zamanı avtomobilin altındakı hava balonunun içərisində, gömrük nəzarətindən gizlədilən 3 000 kapsul, 1 250 həb müxtəlif adda dərman preparatları və 100 ədəd krem aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
