
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkaranə şəkildə pozan Hüseyn Məhərrəmov yaxalanıb.
Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.
H.Məhərrəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə H.Məhərrəmov 20 gün müddətinə inzibati qaydada həbs edilib.
