Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib.
RegionTV.info xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.
O, Ermənistanın Müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarov və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.
Xəbəri paylaş