Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
RegionTV.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 9-u saat 1 radələrində Yasamal rayonu ərazisində T.Cəfərova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Rəşad Abdurəhmanovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş