Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda DOLLARIN məzənnəsi ilə bağlı VACİB MƏLUMAT

Bu ilin sonuna 4,9 faiz, 2022-ci ildə 3,6 faiz proqnozlaşdırılan inflyasiyanın azalan templə 2025-ci ildə 3,2 faizə qədər enəcəyi gözlənilir.

RegionTV.info  xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Qeyd olunub ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də