Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
RegionTV.info xəbər verir ki, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın 11 -ci iclasının keçirilməsi gözlənilir.
“Gündəlikdə ticarət - iqtisadi əməkdaşlığın praktiki olaraq bütün sahələrini əhatə edən məsələlər var. O cümlədən, iki ölkənin işgüzar dairələri arasında dialoq üçün bir platformanın yaradılması nəzərdə tutulur", - nazir bildirib.
İqtisadiyyat, müdafiə sənayesi, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliklərinin rəhbərləri ilə ikitərəfli görüşlər də gözlənilir.
Xəbəri paylaş