RegionTV.info
Uzun yollar, bitmək bilməyən tıxaclar, tez-tez qarşılaşdığımız, günümüzün probleminə çevrilən məsələlərdən biridir. Lakin dünya ölkələrində bu tıxacın azaldılması üçün fərqli alternativlər yaradılıb. Onlardan biri də dəniz taksiləridir. Bəs bizim regionda bu taksilərin yaradılması mümkündürmü?
İctimai nəqliyyatın tıxacsız alternativi olan dəniz taksiləri....
Elə vətəndaşlar da tıxacsız yolların tərəfdarıdırlar. Bildirirlər ki, əgər uyğun qiymətə olarsa bizim ölkədə də tətbiqi yaxşı olar. Xüsusilə uzaq yol gedənlər üçün bu, ən əlverişli variantdır.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bu məsələ uzun illərdir müzakirə olunur. Əgər dəniz taksiləri yaradılarsa həm turizm potensialı artar, həm də vətəndaşlar mənzil başına daha tez çata bilərlər. Lakin Bakının küləklər şəhəri olması, dalğaların hündürlüyünün bu nəqliyyat növünün hərəkətinə təsiri kimi məsələlər bir az dərindən analiz edilməlidir.
Elməddin Muradlı onu da qeyd edib ki, özəl şirkətlər tərəfindən də bu həyata keçirilə bilər.
Xəbəri paylaş