Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Göz yaşlarını özü silən, çətinliyi içində çəkən qadın..."

"Göz yaşlarını özü silən qadın... Zərif ciynində yük daşıyan qadın... Çətinliyi içində çəkən, hər zaman üzü gülən qadın... Həyatda var olan ən güclü varlıq, ana".

RegionTV.info  xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova özü haqda paylaşımında yazıb. Aktrisa yeni fotolarını yayımlayaraq, yaşadıqlarından bəhs edib.

M.Əsədova daha sonra qızı Gülərlə bağlı paylaşım edib. O bildirib ki, qızının 16 yaşı tamam olur:

"Məni həyata bağlayan, yaşamaq eşqim, qızım. Allahımın ən böyük hədiyyəsi... Ya Rəbbim, mənə analıq hissini yaşatdığın ücün sənə sonsuz şükürlər olsun. 16 yaşın mübarək mənim aqıllı, gözəl qızım. Allahdan arzum səni sağlam, savadlı, xoşbəxt görməkdir. Mərdimazarlar səndən uzaq olsun. Yolun işıqlı, parlaq olsun. Baş tacın "ağıl" olsun. Gözəl qızım, 4 yaşında mənə dediyin sözü ürəkdən sənə deyirəm: "Səni Allaha gedən yol qədər sevirəm".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də