Şimali Makedoniyada COVID xəstəxanasında yanğın olub, 10 nəfər ölüb Tarix: 9-09-2021, 07:40 Xəbərə baxış: 130 Şimali Makedoniyanın Tetovo şəhərində koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində ən az 10 nəfər ölüb.RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Venco Filipçe öz "Twitter" hesabında bildirib."Hazırda yanğında 10 nəfərin öldüyü təsdiqləndi, lakin bu rəqəm arta bilər", - Filipçe yazıb.