Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana rəsmi səfəri başlayıb.
RegionTV.info xəbər verir ki, o, ikigünlük səfər çərçivəsində gürcü həmkarı İrakli Qaribaşvili ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirəcək.
Hökumət başçıları daha sonra mətbuat nümayəndələri qarşısında birgə bəyanatla çıxış edəcəklər.
Ermənistan Baş nazirinin Gürcüstan Prezidenti Salome Zurabişvili ilə də görüşü planlaşdırılıb.
Qeyd edək ki, bu, N.Paşinyanın Gürcüstana üçüncü rəsmi səfəridir. O, 2018 və 2020-ci ildə də qonşu ölkədə rəsmi səfərdə olub.
Xəbəri paylaş