Bakıda 3 saylı uşaq poliklinikasının qapısına COVID-19 pasportu olmadan girişin qadağan olunması ilə əlaqədar elan vurulub.
RegionTV.info xəbər verir ki, poliklinikanın giriş qapısında vurulan elanda içəriyə yalnız COVID-19 pasportu olan şəxslərin daxil ola biləcəyi qeyd olunub.
Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyilə əlaqə saxladıq.
Nazirlikdən BAKU.WS-ə bildirildi ki, artıq bu barədə sözügedən poliklinikanın rəhbərliyinə xəbərdarlıq edilib. Qapıdan asılan bildiriş götürülüb.
QALEREYA
Xəbəri paylaş