Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya növbəsində müəssisənin qapısını sındıran və üç həkimə xəsarət yetirən Ceyhun Ağayev BAKU.TV-yə müsahibə verib.
RegionTV.info xəbər verir ki, o, müsahibəsində I Qarabağ Müharibəsində iştirak etdiyini və kəllə-beyin travması aldığını bildirib.
“Avqust ayının 31-də müdir bildirdi ki, sabahdan COVID-19 pasportu olmayan işə buraxılmayacaq. Mən də işdən icazə alıb getdim poliklinikaya.
Orada özümə və həyat yoldaşıma sıra götürdüm. Adam çox idi, soruşdum növbə çatmasa, gedim. Dedilər gözləyim, növbə çatacaq”, - deyə Ceyhun Ağayev bildirib.
Lakin uzun müddət gözləsə də, günün sonu növbəsi çatmayıb və bundan sonra hadisə baş verib.
Daha ətraflı BAKU.TV-nin reportajında:
[media=https://youtu.be/DKihd85_Ets]
Xəbəri paylaş