Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tarixlər boyu davam edən məkrli erməni təbliğatı, bu gün də öz mənfur simasını göstərməkdədir



Tarixlər boyu ermənilər yalan, böhtan  və iftiralarla dolu şaiyə xarakterli məlumatlarını günümüzdə də tətbiq etməyə cəhd göstərməkdədirlər. Hal-hazırda ermənilərin kütləvi informasiya vasitələrində dövriyyəyə buraxdıqları yalanlara, iftiralara  böhtanlara baxanda düçünürsən ki, həqiqətən ermənilər bu gün dünyada sürətlə inkişaf edən texnoloji imkanlardan xəbərsizdilər? Əsla yox! Bunlar 1905-1906, 1918-1921, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı alçaqcasına törətdikləri cinayətləri örtü-basdır etmək üçün əks təbliğat aparmaqda davam edirlər. Erməni ünsürləri yaxşı bilirlər ki, vaxtilə himayədarlarının vasitəsilə azərbaycanlılara qarşı törətdikləri soyqırımın, işgəncələrin, təhqirlərin, işğalların və bizdən qopardığları torpaqların hesabı bunlardan sorulacaq.

Qeyd edək ki, XX əsrin əvvəllərində də ermənilər böhtan, yalan, iftira kimi üsullardan məharətlə istifadə etmişdilər. Azərbaycanda o dövrün tanınmış ictimai-siyasi xadimləri 1905-1906-cı illərdə erməni-müsəlman davası zamanı ermənilərin mətbuat vasitəsilə Azərbaycan türklərinə qarşı apardığı bu böhtan və iftiralara cavab olaraq o dövrün mətbuatında vaxtaşırı məqalələr yazaraq erməni yalan, iftira və böhtanlarını ifşa etmişlər.

O vaxt dövrünün tanınmış ictimai-siyasi xadimlərindən olan Əhməd bəy Agaoğlu “Həyat” qəzetinin  1905-ci ilın 16 iyun saylı nömrəsində yazırdı: “Müsəlmanlar barəsində təzə iftira və böhtan və bu iftira və böhtan üzrə qorxulu bir iftira erməni qəzetlərində çıxmış məqalədə ermənilərin müsəlmanları vəhşi millət kimi tanıtmasından, onların müstəqil İslam hökuməti yaratmaq məqsədilə zorla ermənilərə öz dinlərini qəbul etdirmək kimi böhtanlardan bəhs olunur”. Ə.Ağayevə qeyd edirdi ki, ermənılər bu cür böhtanlar vasitəsilə rus hökumətini müsəlmanlara düşmən etmək istəyirlər.

Hələ o vaxt təzə nəşrə başlayan erməni qəzeti “Arşalus’un 26 avqust 1905-ci il birincı nömrəsındə bir məqalədə yazılırdı: “Bizim əziz Vətənimız Qafqaz iqtisadən talan və puç olmaqdadır. Amma yenə müsəlmanların qara dəstələri, yenə öz vəhşi hərəkətlərinə doymaq bilmədən öz əməllərində davam edirlər... Ermənilər inandı, barışıq dəstəsı çəkdi... Nə oldu, az vaxt çəkmədi ki, müsəlman vəhşiliyi təzədən alışdı. Təzədən günahsız erməni qanları töküldü... İndii təzədən Gəncənın bir neçə kəndlərindən Şuşaya, Zəngəzura və Bakıya kimi qanlı tufanlar sədr oldu. İndi müsəlmanlar o qədər cürətli olublar ki, insafsızcasına bütün  xristianları, hətta rus soldatlarınıda qırmaqdadırlar. Balaxanıda qoşuna bombalar atır, Bakıda general-qubernatorun evinə güllələr yağdırırlar”.

Ermənilərin bu iftira dolu yalanları haqqında o zaman “Tərcüman” qəzeti belə yazırdı: “Allahu Əkbər! Bu qədər də qırmızı yalan olarmı? Bizim müsəlmanlar arasında ən dini, ən cahil və ən avamımız böhtanın bu dərəcəsınə heç bir zaman inanmarıq!.. Fəsadın kimin tərəfindən başlandığı, general-qubernatorun iqamətgahına kimlərin tərəfindən güllə atıldığı, Balaxanıda bombalarin kimlərin evindən tapıldığı və qoşun ilə kazaklara kimlər tüfəng və tapança atdığı hökümətimiz tərəfindən aydınlaşaraq təsdiq edilmişdir”.  

“Tərcüman” qəzetinin yazdığından aydın olur ki, hətta dövlət tərəfindən təsdiq edilmişdir ki, bu cinayətlər ermənilər tərəfindən törədilmişdir. Ancaq, görünür ki, o zaman da ermənilər silah kimi istifadə etdikləri saxtakarlıq, məkr, hiyləgərlik, ikiüzlülük,  erməni şovinizmi, dini, irqi ayrı seçkilik və s. kimi yalan və böhtanlarla dünya ictimaiyyətini aldatmağa çalışırdılar.

Yenə də 1905-ci il erməni qəzeti “Mşaq”ın 173 saylı nömrəsiındə Şuşanın Hadrut rayonundan olan keşiş Tirasqonyanın verdiyi məlumata  görə guya İrandan saysız-hesabsız silahlı müsəlman ermənilərin üzərinə hücum etmək məqsədilə Araz çayının bu tərəfinə keçmişlər.

Bu gün də erməni mətbuatı Qarabağda Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlara kölgə salmaq və qonşu dövlətləri bu müharibəyə cəlb etmək üçün iddia edir ki, Qarabağda bizə hücum edənlər Turkiyə və Suriyadan gələn əlisilahlı müsəlman muzdlulardır.

O, zaman Tiblisdə nəşr olunan digər bir erməni  qəzeti “Novoye obozrenye” yazırdı: “Şuşada avqustun 10-dan etibarən başlanan həyəcanlar avqustun l4-18-i güclü atışmalarla əvəz olundu. Müsəlmanların vəkili Cavad aga Cavanşır ermənilərin nümayəndələri ilə bırgə küçə-küçə gəzərək hər iki tərəfi “sülh və islaha” dəvət edirdi. Lakin sülh yaradan dəstə erməni məhəlləsinin sonunda yerləşən qəbristanlığa çatan kimi müsəlmanlar tərəfindən atəşə tutuldular”.

Gəlin indi bu erməni yalanına nəzər salaq. Sülh əldə etmək üçün küçə-küçə gəzən Cavad ağanın adının qeyd etdikləri halda, onunla sülh çağırışı etmək üçün gedən heş bir erməninin adını qeyd etməyib. Bu dəstəyə müsəlmanlar tərəfindən atəş açmağa gəldikdə isə qəzetin yazdığı kimi bu hadisə erməni məhəlləsinin sonunda baş verib. Ermənilər biliblər ki, əgər qrup müsəlman tərəfə keçsə müsəlmanlar bu qrupa atəş açılmayacaqlar ona görə də bunu ermənilər bilərəkdən erməni məhəlləsinin sonunda törədib. Çünki, o vaxt müsəlmanlar arasında böyük hörmətə malik olan vəkil Cavad ağaya müsəlmanlar heç vaxt atəş açmazdılar.

Yenədə 1905-ci il erməni qəzeti “Mşaq”ın 149-cu nömrəsində  T. Zavin adlı bir erməni yazır: “Naxçıvanda, İrəvan qəzasında qanların qırmızı tufanı tüğyan edir. Bakı, Şuşa və digər yerlərdə canişinin sülh dəvətindən sonra fikir etmək olmurdu ki, müsəlmanlar cürət edib Qafqazın mətnur hakimınin xahişini zay etsin. Bu qədət lazımlı sülhə və rahatlığa maneçilik törətsin”.

Bu gün də mətbuatda, sosial şəbəkələrdə bir əsrdən şox sınanmış taktikanı tətbiq etməyə çalışan ermənilər, Rusiyanın Fransanın və ABŞ-ın, yəni Minsk qrupunun həmsədrlərinin 3 dəfə elan etdikləri humanitar atəşkəsə məhəl qoymur, hər üç humanitar atəşkəsi  bilərəkdən pozur,  Ermənistanı haqlı, Azərbaycan dövlətini isə haqsız çıxarmağa çalışırlar. Ermənilər humanitar atəşkəsi pozaraq bunu Azərbaycan dövlətinin pozması kimi yalanlat tirajlayır və böyük dövlətləri Azərbaycanın üzərinə qaldırmağa cəhd göstərirlər.

Bu gün Ermənistan dövləti öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini qadağan olunmuş silahlarla atəşə tutur, dinc əhalini qətlə yetirir, ancaq, həyasızcasına iddia edir ki, bu bizim tərəfimizdən həyata keçirilməyib, bizim bu raket hücumları haqda məlumatımız yoxdur. Bunu qondarma “dqr”-nin hərbi rəhbərliyi edib. Öz aləmində bu gün dünya ictimaiyyətini aldatmağa çalışan Ermənistan hakimiyyəti özün elə aparır ki, sanki, Ermənistan dövlətinin ordusunun qondarma “dqr”-a yeridilməsindən xəbəri yoxdur.

Necə ki, 1918-ci il avqustun əvvəllərində Andronikın Naxçıvan, Zəngəzur və Qarabağ tor­paq­larında törətdiyi vəhşiliklərlə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün 1918-ci il 15 avqust tarixli 461 №-li rəsmi məktubu ilə Ermənistan hökumətinə müraciət edə­rək bu rüsvayçılıqlara son qoymağa və Andronikin quldur dəstəsini Azərbaycan əra­zi­sindən geri çəkməyi tələb etmişdi. Ermənistan hökuməti həmin məktuba cavabında ri­ya­karlıqla bildirmişdi ki, “...general Andronik, həm də onun dəstəsi artıq çoxdan erməni qo­şunlarının tərkibindən və siyahısından çıxarılmışdır, bundan sonra onlar Ermənistan rəh­bərliyinə, onun vəzifəli şəxslərinə tabe olmaqdan imtina etmişlər. Ancaq, elə həmin il bizim tərəfimizdən paytaxt kimi ermənilərə verilən İrəvan şəhərində Osmanlı dövlətinin ordusundan fərarilik edərək qaçan Andranik qəhrəman kimi qarşılanmışdı.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın tanınmış  kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr zamanı  xaricdə və sosial şəbəkələrdə ermənilərin tirajladığı yalan, böhtan və iftiralara qarşı söylədiyi kəskin  fikirlərlə erməni təxribat makinasının bir əsrdən çox istifadə etdiyi  metod və üsululları kökündən sarsıtdı. Prezident “Bu gün dünyada texnologiya o qədər inkişaf edib ki, hər şeyi peyk vasitəsilə izləmək və görmək mümkündür” ifadəsini deməklə ermənilərin hərbi cinayətlərini ifşa etdi və erməni xislətini açıb dünya ictimaiyyətinə göstərdi.

 

Bəxtiyar Kamil oğlu Həsənov

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də