Gürcüstanda son sutkada koronavirusa 2 571 yeni yoluxma halı təsdiqlənib, 60 nəfər vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 570 493-ə, ölənlərin sayı isə 7 977-yə yüksəlib.
Son 24 saat ərzində 3 668, ümumilikdə isə 527 337 nəfər müalicə olunaraq sağalıb.
Bu günə olan aktiv xəstə sayı 35 153 nəfərdir.
Xəbəri paylaş