Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Musaküçə kənd sakini Q.Bayramov saxlanılıb.
Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə becərdiyi yaş halda çəkisi 9 kiloqram olan 3 ədəd narkotik xassəli çətənə kolu, həyətdəki yardımçı tikilidən isə 370 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır
Xəbəri paylaş