Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan əyalətində törədilən partlayış nəticəsində Pakistan ordusunun 2 əsgəri ölüb.
RegionTV.info xəbər verir ki, məlumatı Pakistanın Müdafiə Nazirliyi yayıb.
Hadisə əyalətin Xeybər-Paxtunxva bölgəsinin Dossali rayonunda ərazinin minalardan təmizlənməsi zamanı baş verib.
Qeyd edək ki, ötən həftə Pakistanın Kvetta şəhərindəki nəzarət buraxılış məntəqəsinə hücum nəticəsində Pakistan ordusunun 4 sərhədçisi ölmüş, 18-i yaralanmışdı.
Xəbəri paylaş