Hazırda iqlim dəyişikliyi Birləşmiş Ştatlar kimi həm də bütün dünyanı təhdid edir.
RegionTV.info xəbər verir ki, bu barədə “İda" qasırğası zərərinin qiymətləndirilməsi üçün ölkənin şimal-şərqinə səfərin gedişatında ABŞ prezidenti Cozef Bayden bildirib.
"Biz alimləri, iqtisadçıları, milli təhlükəsizlik üzrə ekspertləri dinləməliyik, onlar hamısı deyirlər ki, ölkə və dünya təhlükədədir", - Nyu-Yorkun Kuins rayonunda çıxış edən Ağ Ev rəhbəri deyib.
"İqlim dəyişikliyi bizim həyatımız, iqtisadiyyatımız üçün təhlükə təhdid edir və bu təhlükə artıq gəldi, yaxşı olmayacaq", - Bayden qeyd edib.
Onun fikrincə, indi təkcə zərər dəymiş və ya dağıdılmış infrastrukturu bərpa etmək lazım deyil, həm də ölkədə baş verən fövqəladə hadisələri nəzərə alaraq, yeni obyektlər inşa etmək lazımdır.
Qeyd edək ki, sentyabrın 1-dən ABŞ-ın şimal-şərq ştatlarında tüğyan edən "İda" qasırğası Nyu-York, Nyu-Cersi və Pensilvaniya ştatlarına ciddi ziyan vurub. KİV-in hesablamalarına görə, şimal-şərqdə təbii hadisənin qurbanlarının ümumi sayı 40 nəfəri ötüb. Həlak olanların əksəriyyəti su altında qalan binaların zirzəmilərində yaşayırdılar.
Xəbəri paylaş