Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiya Təhlükəsizlik Şurasının katibi Hindistanda Əfqanıstanı müzakirə edəcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 8-də Hindistana səfər edəcək.

RegionTV.info  xəbər verir ki, bunu Hindistanın Rusiyadakı səfiri Datla Bala Venkateş Varma bildirib.

Onun sözlərinə görə, Nikolay Patruşev Hindistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Aci Dovalla Əfqanıstandakı vəziyyəti müzakirə edəcək.

Səfir bildirib ki, Hindistanın Baş naziri Narendra Modinin Rusiya rəsmisini qəbul edəcəyi nəzərdə tutulub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də