Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yaxın günlərdə Özbəkistana rəsmi səfər edəcək.
RegionTV.info xəbər verir ki, bu barədə dövlət başçısı işgüzar video-müşavirədə bildirib.
Məlumata görə, o, Türkmənistan Baş nazirinin müavini Əsənmurad Orazgəldiyev özbəkistanlı həmkarı ilə səfərlə bağlı müzakirə aparmağı, qarşıdan gələn həftə keçiriləcək Türkmənistan-Özbəkistan birgə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə əməkdaşlığa dair müqavilələrin imzalanmaya hazırlamağı tapşırıb.
Bildirilib ki, Türkmənistan lideri axırıncı dəfə 2019-cu ilin noyabrında Özbəkistana səfər edib. Bu ilin avqustunda iki ölkənin prezidentləri Xəzər dənizi sahillərində, “Avaz” turist bölgəsində Mərkəzi Asiya ölkələrinin 3-cü məşvərət toplantısı çərçivəsində görüşüblər.
Xəbəri paylaş