Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hulusi Akar: “Terrorçulara qarşı əməliyyatlarımız davam edir”

“Terrorçulara qarşı əməliyyatlarımız davam edir”.

RegionTV.info  xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“İnşallah millətimizi terror bəlasından xilas edəcəyik. Terroru mənbəyində yox etmək strategiyamız davam etdiriləcək. Terror təhdidinə qarşı icra etdiyimiz bütün əməliyyatlarda İraq başda olmaqla bütün qonşularımızın sərhədlərinə və ərazi bütövlüyünə hörmət edirik. Beynəlxalq hüquqa uyğun şəkildə bölgədə sadəcə terrorçu ünsürlər hədəf alınır”, - nazir bildirib.

H.Akar Əfqanıstandakı son vəziyyət barədə də danışıb: “Arzumuz hadisələrin müsbət yöndə inkişaf etməsidir. Biz NATO çərçivəsində keçmişdəki fəaliyyətimiz zamanı da müttəfiqlərimizə “Əfqanıstan istədiyi müddətdə onun yanında olacağıq” demişdik. Türkiyənin Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Milli Kəşfiyyat Təşkilatı koordinasiyalı şəkildə çalışır. Səfirimiz də Kabildə fəaliyyətini davam etdirir. Hadisələrin inkişafını izləyirik”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də