Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, yanvar-iyul aylarında əhali artımı 1 252 nəfər təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə azdır.
RegionTV.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Əgər hesabat məlumatları 2019 il yanvar-iyulun göstəricisi ilə müqayisə olunsa, bu, demək olar, 2,9 dəfə az rəqəm təşkil edir. Yəni təbii artım dinamikasında tendensiyalar açıq-aydın pisləşən xarakter daşıyır. Qeyd edilir ki, bu prosesdə həmçinin əhali arasında COVID-19-dan ölüm faizinin kəskin artımı da rol oynayıb.
“Ermənistanın daimi əhalisinin say dinamikasına ölkə sakinlərinin artan emiqrasiyası mənfi təsir edir. Bir fakta diqqət edək: - 2018-2020 illərdə və cari ilin yanvar-iyunu ərzində 103,6 min nəfər Rusiyanın vətəndaşlığını qəbul edib. Onlardan 21,9 min insan (və ya ümumi nəticədən 21 %) cari ilin yanvar-iyununda qonşu ölkənin vətəndaşlığını qəbul edib”, - deyə “News.am” yazıb.
Xatırladaq ki, ötən il Ermənistanın 30,5 min vətəndaşı (o cümlədən yanvar-iyunda - 14,1 min nəfər) Rusiya vətəndaşlığını qəbul edib. Qeyd olunan göstəricilərə əsasən proses açıq-aydın artan xarakter daşıyır.
“Ötən ilki rekordun bu il artacağı tamamilə mümkündür. Aydındır ki, emiqrasiya prosesi yalnız Rusiya ilə məhdudlaşmır. Həm də aydındır ki, reproduktiv yaşda kişilər və qadınlar da daxil olmaqla, əsasən gənc ailələr mühacirət edirlər. Bu, artıq qısa müddətdə ölkənin demoqrafiyasını aradan qaldırıla bilməyən mənfi nəticələrlə təhdid edir”, - agentlik qeyd edib.
Xəbəri paylaş