Hindistanın Kerala ştatında 11 nəfərdə təhlükəli "Nipax" (NiV) virusu aşkarlanıb.
RegionTV.info xəbər verir ki, ştatın səhiyyə naziri Vina Corc bildirib ki, pasiyentlərin vəziyyəti sabitdir.
Bir gün əvvəl Kerala hakimiyyət orqanları 12 yaşlı oğlanın "Nipax" virusundan öldüyünü bildiriblər. Bundan sonra ştatın həkimlər onunla ünsiyyətdə olmuş 251 nəfəri müayinə etməyə başlayıblar.
Xəstə oğlanın yaşadığı Kojikodedə və digər üç rayonda təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, "Nipax" virusu uçan tülkülər (yarasalar dəstəsinə aid məməli heyvan cinsi -red) və siçanlar tərəfindən yayılır. O, insanlara adətən yarasaların və siçanların ağız suyunun olduğu meyvələr vasitəsilə keçir. Ümumdünya Səhiyyə Təşkilatı "Nipax"ı dünyanın ən təhlükəli viruslarından biri hesab edir. Virus sürətlə yoluxur, onun əleyhinə dərman və vaksin mövcud deyil. Bu halda xəstəlikdən ölüm səviyyəsi 40-75 % təşkil edir.
Bu xəstəlik üçün beyin damarlarının iltihabı (ensefalit) və ya respirator xəstəliklər xarakterikdir.
"Nipax" ilk dəfə 2001 və 2007-ci illərdə Hindistanın Qərbi Benqaliya ştatında qeydə alınıb. Virus sonralar daha iki dəfə - 2018 və 2019-cu illərdə Kerala ştatında da aşkarlanıb. Bu ilin iyununda da Hindistanda "Nipax"a yoluxma aşkar edilib.
Xəbəri paylaş