Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb.
RegionTV.info xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı ənənəvi təhsilin bərpa olunub-olunmayacağı bilinməsə də, bölgələrdə yaşayan ali məktəb tələbələri Bakıda kirayə ev axtarışına başlayıblar. Lakin sosial media ev sahiblərinin kirayə şərtlərindən şikayət edənlərlə doludur.
Kimisi iki aylıq ödənişi öncədən istəyir, kimi evi təmir elətdirməyi tələb edir, kimisi də tələbə olduqları üçün 50 manat artıq pul istəyir.
"Rəfiqəmlə elan saytlarından birindən tapdığımız evə baxmağa getmişdik. Evin sahibi o qədər gülməli şərt qoydu ki, qayıdanda avtobusda dayanmadan gülürdüm. Şərti isə belə idi: Ayaqyolundan az istifadə edin, kanalizasiya dolsa özünüz təmir etdirəcəksiniz", - deyə Arifə Qurbanova adlı "Facebook" stifadəçisi yazıb.
Xəbəri paylaş