Yaponiyanın paytaxtı Tokionun Dairə Məhkəməsi ölkə parlamentinin aşağı palatasının deputatı Çukasu Akimitonu rüşvətxorluq ittihamı üzrə 4 il müddətinə həbs cəzasına məhkum edib.
RegionTV.info xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.
Bundan başqa, deputat icbari formada 7,58 milyon ien (təxminən 69 min ABŞ dollar-red) cərimə ödəməlidir. Prokurorluq öz növbəsində Akimitonu beş il müddətinə həbs cəzasına məhkum etməyi tələb edirdi.
Əvvəllər Liberl Demokrat Partiyasının üzvü olmuş deputat ödədiyi cərimə məbləğində rüşvətin alınması cinayətinə cəlb olunub. İstintaq onun qumar biznesində ixtisaslaşan Çin şirkətlərindən biri ilə əlaqələrini qeydə alıb.
Xəbəri paylaş