
RegionTV.info xəbər verir ki, bu barədə “Reuters” ABŞ-ın Geologiya Xidmətinə istinadən bildirib.
Məlumata görə, zəlzələ 6,5 maqnitudada Kitimatdan (Britaniya Kolumbiyasının dairəsi) 164 kilometr cənub-şərqdə baş verib.
Seysmoloqların informasiyasına əsasən, zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.
Hələlik tələfat və ya dağıntı barədə məlumat yoxdur.