
RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 424 nəfər və yaxud 2,9 dəfə çoxdur.
Yanvar-avqust aylarında isə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı illik müqayisədə 82,5 % azalaraq 48 783 nəfər olub.
Ötən ay Gürcüstana yollanan beynəlxalq ziyarətçilərin ümumi sayı 1 054 329 nəfər (-31,7%) təşkil edib. İlk 8 ayda isə bu göstərici 308 674 nəfər olub.